Sky Sport kanalı gələn ildən UHD yayıma başlayır

F-1.az bildirir ki, Sky, Tata Communications və FOM birgə çalışaraq Sinqapur Qran Prisində trasa yerləşdirdiyi Ultra HD kameralarla yayımın ötürülməsini test ediblər.

Bu testlər əsnasında UHD kameralarla çəkilən görüntülər FOM-un yayımı ilə birləşdirilib və Tata Communications video bağlantı servisi vasitəsi ilə Sky-ın İngiltərədəki mərkəzinə göndərilib. Bu servis dəniz altından keçən ən böyük fiber şəbəkə vasitəsi ilə canlı görüntülərin yayım şirkətlərinə çatdırılmasını təmin edir.

Tata Communications-un əməkdaşı Mehul Kapadia bildirib: “Yarışları hər hansı bir yerdən evlərə UHD keyfiyyətində çatdırmaq bütün dünyada yüksək sürətli və etibarlı internet tələb edir. Texnologiya yüksək sürətlə inkişaf etdikcə, biz də Formula1 rəhbərliyi ilə birlikdə azarkeşlərin yarışları daha keyfiyyətli izləməsi üçün çalışacayıq”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*