Silverstounda nəticələr bir saniyə yaxşılaşacaq

Silverstoun trasının rəhbəri Stüart Prinql bildirib ki, trasın yeni asfalt qatı hesabına nəticələr bir saniyə yaxşılaşacaq.

F-1.az xatırladır ki, MotoGP sürücüləri əfsanəvi trasın asfalt qatından narazı idilər.

Styuart Prinql: “Silverstoundakı asfalt qatı 1996-cı ildə döşənmişdi və yamaqlı görünürdü. Trasın asfalt qatı tamamilə yeniləndi. Bəzi qabarlar ləğv edildi. Buna görə də Formula1 bolidləri dövrəvi nəticələrini bir saniyə yaxşılaşdıra bilərlər”.

, ,