Yenə Williams, yenə Carlin

Britaniya Qran Prisi çərçivəsində Silverstouna toplaşan Formula2 çempionatının gənc sürücüləri sıralanma turunda poulun sahibini müəyyən ediblər.

F-1.az bildirir ki, bu dəfə Formula3 çempionatında olduğu kimi Carlin komandasının sürücüsü fərqlənib – amerikalı Loqan Sarcent həlledici dövrəsində ART GP komandasından Frederik Vestini üstələyib. Maraqlıdır ki, ilk pouluna sevinən Sarcent də F3-də poul qazanmış O Sallivan kimi Williams Akademiyasının dinləyicisidir.

Üçüncü nəticəni isə mövsümün lideri Kroon Oil yağlarının sponsorluq etdiyi MP MotorSport komandasından Felipe Druqoviç qazanıb.

Şənbə günü baş tutacaq qısa yarışda ilk onluq reversiv start aldığı üçün ilk cərgədən yarışa Daruvala və Fittipaldi başlayacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*