S.Fettel: “Trasa dördüncü qayıdanda çox təəccübləndim”

Monrealda podium qazanmış sürücülər arasında Red Bull komandasının sürücüləri olmayıblar. Rəqiblərindən fərqli taktika seçmiş Sebastyan Fettel və Mark Uebber finişdə […]

Monrealda podium qazanmış sürücülər arasında Red Bull komandasının sürücüləri olmayıblar. Rəqiblərindən fərqli taktika seçmiş Sebastyan Fettel və Mark Uebber finişdə podiumun bir addımlığında dayanıblar, alman sürücü isə öz komanda yoldaşını azca qabaqlayıb…

Sebastyan Fettel: “Düzünü desəm, ilk pit-stopdan sonra yarışın lideri ola-ola trasa dördüncü qayıtmağım məni çox təəccübləndirdi. Qalan bütün hesablarımızı özünü doğrultdu – rəqiblərimiz boksa daha tez müraciət etdilər.

Adi vəziyyətdə onların mübarizəsi bununla başa çatmalı idi – onlar trafikə düşməli və vaxt itirməli idilər. Amma biz pit-dən trasa qayıdarkən McLaren və Ferrari-nin arxasına düşdük – araşdırmaq lazımdır ki, niyə belə alınıb. Yarışın bütün məsafəsi boyu mənə ötürmələr qutusundakı problemlər mane oldu, ona görə də yarışın sonunda sürətimi tam azaltdım. Bundan başqa dövrəvi sürücüləri keçərkən çox vaxt itirdim və podium uğrunda mübarizəyə qatıla bilmədim.

Hərçənd, bu nəticəni də yaxşı saymaq olar. Uik-endin əvvəlində bizi heç kəs favorit hesab etmirdi, amma biz yaxşı temp nümayiş etdirdik. Bəli, biz maşının potensialını aça bilmədik, amma mübarizə çox sıxdır, qüvvələr nisbəti isə istənilən an dəyişə bilər – narahat olmağa əsas yoxdur. Bizim həqiqətən sürətli maşınımız var və biz növbəti yarışı səbirsizliklə gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*