S.Fettel: “Biz qələbə qazanmalı idik”

Red Bull komandasının sürücüsü Sebastyan Fettel pouldan start almasına, yarışın yarıdan çox hissəsində liderlik etməsinə baxmayaraq, finiş xəttini dördüncü keçib […]

Red Bull komandasının sürücüsü Sebastyan Fettel pouldan start almasına, yarışın yarıdan çox hissəsində liderlik etməsinə baxmayaraq, finiş xəttini dördüncü keçib – Renault motorunun yandırma şamlarından birinin problemi gənc alman sürücüyə mövsümə qələbə ilə başlamağa mane olub…

Sebastyan Fettel: “Çox təəssüf edirəm, amma başqa nə edə bilərəm? Ümumiyyətlə, hər şey yaxşı idi, biz sıralanma turunda da ən sürətli idik, yarışda da. Startdan hər şeyə nəzarət edirdim, strategiyamız da optimal idi, mən təkərlərin vəziyyətinə nəzarət edirdim. Amma finişə 15 dövrə qalmış motor gücünü itirməyə başladı, komanda mənə mexaniki problem barədə xəbər verdi. Xoşbəxtlikdən mən yarışı davam etdirə bildim, amma bu gün biz qələbə qazanmalı idik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*