Saxir, 10 fevral

Çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota test proqramına hava şəraitinin müdaxilə riskindən uzaq olmaq üçün soyuq Avropadan […]

Çempionatın üç komandası – Ferrari, BMW Sauber və Toyota test proqramına hava şəraitinin müdaxilə riskindən uzaq olmaq üçün soyuq Avropadan isti Bəhreynə üz tutublar. Amma Saxir avtodromunda səhər komandaların işinə sıx duman mane olub, iki saat gözlədikdən sonra tibbi helikopter havaya qalxdıqdan sonra testlər canlanıb. Nahardan sonra gün çıxıb, hava +27 dərəcəyə kimi qızıb və komandaalr işlərini davam etdiriblər. Günün ən yaxşı nəticəsini 82 dövrə vuran Timo Qlok göstərib…

Protokollarda ikinci sətri Felipe Massa tutub, səhər komanda sazlanmalarla işləyib, nahardan sonra isə F60-ın elementlərinin resursunu yoxlayıb. Felipe Mücelloda keçirilmiş testlərdə istifadə olunmuş aerodinamik konfiqurasiya ilə işləyib. Braziliyalı sürücü 98 dövrə vurub və sabah işini davam etdirəcək.

Sonuncu sətri isə Robert Kubitsa tutub, nahardan sonra polşalı sürücü mexaniki problemlər üzündən testləri dayandırıb, amma təmirdən sonra yenidən trasa qayıda bilib. Robert testlərdə daha iki gün işləyəcək, cümə günü isə onu komandanın test pilotu Kristian Klin əvəz edəcək…

Nəticələr belə olub:

Pilot Komanda Motor Vaxt Dövrə
1. T.Qlok Toyota Toyota 1:33.501 82
2. F.Massa Ferrari Ferrari + 0:00.114 98
3. R.Kubitsa BMW Sauber BMW + 0:00.201 95

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*