Ş.Lekler: “Sebastyana təşəkkür edirəm”

Mövsümün son yarışı olan Əbu Dabidə podium qazanan Şarl Lekler komanda yoldaşı Fettelə təşəkkür edib.

F-1.az xatırladır ki, monakolu sürücü Formula1-də ikinci mövsümünü keçirsə də, Dördqat Dünya Çempionu olan Sebastyan Fetteli bütün statistikalarda qabaqlaya bilib.

Şarl Lekler: “Bu ilə görə Sebastyana təşəkkür edirəm. Çünki ondan çox şey öyrəndim və mənimçün gözəl mövsüm idi. İki qələbə və yeddi poul qazandım. Çox xoşbəxtəm. Ferrari-dəki debüt mövsümümdən belə nəticə gözləmirdin. Buna görə də mövsümü podium qazanaraq bitirmək əla oldu. Bu il çox vacib idi, çünki çox şey öyərndim və səhvlərimdən dərslər çıxartdım. Təbii ki, bu gün əla yarışaraq qalib gələn Lyuisə nisbətən daha az xoşbəxtəm. Bu gün fərq çox böyük idi. Ümid edirəm ki, gələn il onunla mübarizə apararam.

Uşaqlığımda Formula1-də yarışmağı xəyal edirdim. İndi isə Ferrari-dəyəm və burada uğur qazanmaq məndən asılıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*