Ş.Lekler: Red Bull üstündür

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, cümə günündən sonra Red Bull çox güclüdür.

F-1.az xatırladır ki, Ferrari komandası Barselonaya yeni paketlə gəlib. Bu paketi birinci sərbəst yürüşlərdə Karlos Sayns, ikinci sərbəst yürüşlərdə isə Şarl Lekler istifadə edib. Yeni paketlə 32 dövrə vuran monakolu sürücü günü lider Ferstappendən 0.3 saniyə geridə qapadaraq, 6-cı olub.

Şarl Lekler: “Bəzi detalları sınamalı idik. Buna görə də maraqlı gün oldu. Buna görə də iki maşında iki fərqli proqram tətbiq etdik. Hazırda performans cəhətdən harada olduğumuzu deyə bilmərik, amma istədiyimiz bütün testləri etdiyimiz üçün əla gün idi.

Şənbə günü özümüzü daha yaxşı hiss etmək üçün bəzi dəyişikliklər edəcəyik bə o zmaan harada olduğumuzu biləcəyik. Cümə günü Red Bull rəqiblərindən bir baş üstün idi, amma peletonun qalanı bir-birinə yaxın idi”.

Karlos Sayns isə cümə gününü hazırlıq günü adlandırıb: “Cümə günü boliddə çox şey sınanmalı idi. Davamlı sazlanmalarda dəyişiklik etdik və bunlara öyrəşməyə çalışdıq. İki sessiya ərzində detallar arasındakı fərqləri təhlil etməyə çalışdıq. Bundan başqa hər üç təkəri də sınadıq. Yəni ki. həftəsonu üçün yaxşı hazırlıq oldu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*