Ş.Lekler: Elə bildim podiuma çıxacağam

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, o, Maks Ferstappenin mübarizəni dayandırdığını düşünüb.

F-1.az xatırladır ki, Lekler Yaponiya Qran Prisində 4-cü olaraq, komamdası üçün maksimum nəticə qazanıb, çünki Ferrari Suzukada ən sürətli üçüncü komanda idi.

Şarl Lekler: “Maksın nə etdiyini izləmədim. Təhlükəsizlik maşını rejimində pitə girdiyini düşündüm. Ya da rejimdən sonra idi. Daha sonra nə olduğunu bilmirəm. Düşünürdüm ki, artıq yarışda deyil.

Son dövrəyə qədər elə bilirdim ki, podiuma çıxacam və o anda cədvələ baxanda dördüncü olduğumu gördüm.

Doğrudan da güclü idilər. Maksdan bunu gözləyirdik. Çekonu da gözləyirdik, amma ona nə olduğunu bilmirəm. İki McLaren yenə sürətli idi. Yəni ki, təəccüblənmədik”.

Nəyə görə Maksın mübarizəni dayandırdığlnı düşündüyü sualına Lekler belə cavab verib: “Bir nöqtədə yavaşladı. 14-cü döngənin çıxışı olmalı idi. Deyəsən virtual təhlükəsizlik maşını rejimində idi. Solda dayandı və hamımız onu keçdik”.

Jurnalistlər Leklerə dayanan sürücünün Ferstappen yox, Peres olduğunu deyiblər: “Onda Çeko idi. Mən də elə bilirdim ki, Maks mübarizəni dayandırıb. Orada beynim qarışdı.

Yarışda tempimiz McLaren qədər güclü deyildi. McLaren doğrudan da çox güclü idi. Təkərləri də gec yeyirdilər. Lakin belə həftəsonu keçirmək belə baxanda yaxşıdır, çünki bizə geribildirim yığmaqda kömək edir.

İlk sektor bizim zəif tərəflərimizdən biri idi. McLaren-ə nisbətən orada çox vaxt itirirdik. Mövsümün geri qalanında bunun üzərində işləyəcəyik.

Son 3-4 yarışda maşınımız barədə çox şey öyrəndik və bu yaxşı haldır. Amma bolidin xarakteristikasını mövsümün sonuna qədər dəyişmək mümkün deyil. McLaren belə traslarda güclü görünür. Ümid edirəm ki, Qətərdə ən sürətli ikinci komanda olarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*