S.Fettel hələ də inanır

Ferrari komandasının sürücüsü Sebastyan Fettel yenidən çempionluq uğrunda mübarizə qayıdacaqlarına əmindir.

F-1.az xatırladır ki, hazırda lider Mercedes-dən 74 xal geridə qalan Ferrari komandası İspaniyaya yeni güc qurğusu və aerodinamik detallarla gəlir.

Sebastyan Fettel: “Yaxşı vəziyyətdəyik və buraya gətirdiyimiz yeniliklərə güvənirik. Bilirik ki, bolid güclüdür. Komandadaxili abu-hava keçənilkindən yaxşıdır. Bu həftəsonu bizim üçün maraqlı olacaq. Çünki bir neçə ay əvvəl burada qış tesrtlərini keçirdik və özümüzü yaxşı hiss edirik. Amma Avstraliyada hər şey tərsinə döndü. İlk yarışlar enişli-yoxuşlu oldu. Bolidin testlərdəki performansı yadımdadır. Buna görə də maraqlı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*