S.Fettel: Hamınıza təşəkkür edirəm

Formula1 karyerasında son yarışına çıxan Sebastyan Fettel hamıya təşəkkür edib.

F-1.az xatırladır ki, almaniyalı əfsanə son yarışında 10-cu yeri tutaraq 1 xal qazanıb.

Sebastyan Fettel: “Bir neçə xal da qazanmaq istərdim, amma yarışdan həzz aldım. Qızırma dövrəsi mənim üçün fərqli idi və beş qırmızı işıq sönəndə tamamilə yarış rejiminə keçdim. Yarışa gəldikdə isə yaxşı strategiya seçmədik. Mühəndislər Kubokunda daha bir xal qazana bilərdik. Amma böyük gün idi. Çoxlu bayraq görürəm və hamı gülür. Xüsusi oldu. Bunlar üçün darıxacam.

Pitə gec getdik və təkərlər yeyildikcə gerilədik. Tək pit-stoplu strategiya seçdik, amma geriləmək adama həzz vermir. Daniellə yaxşı mübarizə apardıq. Son dövrələrdə bu mübarizə əyləncəli idi. İkimizin də xal alması əla oldu. Gözəl həftəsonu idi.

Deməyə sözüm yoxdur. Son iki il nəticə cəhətdən məyus etsə də, çox önəmli idi. Çoxlu şey yaşadım və çox şeyi anladım. Məncə, traslarda yarışmaqdan daha vacib şeylər var. Ancaq biz yarışları sevirik və bu sevginin üzərindən bəzi vacib dəyərləri insanlara çatdırmaq gözəl olar.

Dəstəyinizə görə təşəkkür edirəm. Mesajlarınıza, məktublarınıza görə təşəkkürlər. Bunun üçün darıxacağam. Karyeram ərzində həzz aldım. Çox sağ olun!”

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*