22 Avqust 2019, Cümə axşamı - 17:28

S.Fettel: “Hələ şansımız var”

S.Fettel: “Hələ şansımız var”

Müəllif: Rauf Hacıyev, redaktor

16:17 - 20 Oktyabr, 2017

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, hədəfləri son 4 yarışda qalib gəlməkdir.

F-1.az xatırladır ki, almaniyalı sürücü lider Həmiltondan 59 xal geri qalır.

Sebastyan Fettel: “Hələ şansımız var və sona qədər təslim olmayacağıq. Son iki yarış istədiyimiz kimi olmasa da, bolidimiz güclüdür. Buna görə də komandadakılar ümidlidirlər. Sadəcə öz işimizə fokuslanıb gözəl nəticələr almağa çalışacağıq. COTA-in xarakteri fərqlidir və burada hər sektor üçün fərqli sazlanmalar etməlisiniz. Əsas problemsiz yarış keçirməkdir. Geriyə baxsaq, heç nə qazanmıyacağıq. Buna görə də son 4 yarışa diqqət yetirməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 103
Teqlər , , ,
Paylaş

logo