S.Fettel: Emosiyalı gün idi

Ferrari komandasının sürücüsü Sebastyan Fettel yarışdan sonra bildirib ki, çox emosiyalı bir gün keçirib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidə Ferrari ilə son yarışa çıxıb. Lakin komanda səhv strategiya seçdiyi üçün dördqat Dünya Çempionu xal qazana bilməyib.

Sebastyan Fettel: “Emosiyalı gün idi. Nəticə barədə heç nə deyə bilmərəm. Həftəsonu ərzində hər şeydən həzz aldım. Bu uşaqlardan bəziləri üçün çox darıxacam. Çətin mövsüm olduğu üçün bitməsinə sevinirəm və növbəti mövsümü səbirsizliklə gözləyirəm.

Yarış asan olmadı. Davamlı güzgülərə baxdığımız üçün təhlükəsizlik maşını bizə yaramadı. Bacardığımız qədər yerimizi qoruduq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*