S.Fettel: “Bakı Şəhər Halqası bəsit tras deyil”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, komandasının Bakıda göstərdiyi performansdan razıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycandakı birinci sərbəst yürüşlərdə lider Ferstappendən yarım saniyə geri qalaraq, 3-cü olub. İkinci sessiyada isə 29 yaşlı sürücü liderdən sadəcə 0.253 saniyə geri qalaraq, 5-ci olub.

Formula1 üzrə ən gənc dördqat Dünya Çempionu ikinci sessiyada təmiz dövrə vura bilməyib.

Sebastyan Fettel: “Nahardan sonra fərqli həll yolu tapmağa çalışdıq, ancaq Bakı Şəhər Halqası bəsit tras olmadığı üçün sazlanma tapmaq vaxtımızı alır. Bir və ya iki dəfə səhv etdim, ancaq bunu edən tək mən olmadığım üçün sevinirəm. Cümə günü həmişəkindən çox səhv etdim. Cümə günü mükəmməl dövrə atmaq asan deyildi, amma şənbə günü hər şey sıfırdan başlayacaq. Mən çox əyləndim.

Red Bull-dan zəif deyilik. Hər iki sessiyada da rəqabətədavamlı və sürətliyik. Sadəcə hər şeyi bir araya gətirməliyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*