Rəsmən: Vyetnam Qran Prisi 2020-ci ilin aprelində təqvimdə debüt edəcək

Çempionatın sahibi Liberty Media şirkəti rəsmən təsdiq edib ki, tarixin ilk Vyetnam Qran Prisi 2020-ci ilin aprelində paytaxt Hanoyun küçələrində baş tutacaq.

F-1.az bildirir ki, yarışın təşkilatçıları ilə uzunmüddətli müqavilə imzalanıb.

Çeyz Keri: “Biz Hanoyun F1 mərhələsini qəbul edəcəyini bildirməyə çox şadıq. Çempionata sahib çıxdıqdan sonra təqvimə ilk əlavə etdiyimiz Vyetnam Qran Prisi bizim iddialarımızı əks etdirir.

Zəngin tarixə malik olan Hanoyun çempionatda debütü Formula1 təqvimində əsl inqilab olacaq.

Şəhər rəhbərliyi və Vingroup təşkilatçı şirkəti ilə birlikdə sürücülər və azarkeşlər üçün maraqlı bir tras hazırlamışıq. 2020-ci ilin aprelində bu trasda baş tutacaq ilk yarışı səbirsizliklə gözləyirik!”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*