Rəsmən: Qasli daha bir il AlphaTauri-də yarışacaq

AlphaTauri komandası Pyer Qasli ilə müqavilə uzatdığını mətbuata bildirib.

F-1.az xatırladır ki, fransalı sürücünün onsuz da Red bull şirkəti ilə 2023-cü ilin sonuna qədər müqaviləsi var idi. Buna görə də onun daha bir il AlphaTauri-də yarışması gözlənilirdi.

Bəzi söz-söhbətlərə görə 26 yaşlı pilotun McLaren komandasında Rikkardonu əvəz edəcəyi gözlənilirdi. Lakin AlphaTauri komandasının rəhbəri Frants Tost bildirmişdi ki, Qasli ilə davam edəcəklər. Nəhayət ki, cümə günü rəsmi açıqlama verilib və fransalı pilot daha bir il AlphaTauri-də qalacaq.

Pyer Qasli: “Beş ildir bu komandanın bir parçasıyam. Burada yarışdığım üçün qürurluyam. AlphaTauri-də qaldığım üçün sevincliyəm. Bu il yeni reqlamentə görə əziyyət çəkirəm. Gələn il daha güclü olmaq üçün əlimizdən gələni edirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*