Rəsmən: 2022-ci ilin bolidi təqdim olunub

Formula1 nəhayət ki, hamının gözlədiyi təqdimatı edib və 2022-ci il bolidlərini ictimaiyətə göstərib.

F-1.az bildirir ki, bolid Formula1-in texniki şöbəsi tərəfindən yığılıb və bu gün təqdim olunub. Komandalar hazırda 2022-ci il bolidlərinin üzərində işləyirlər, amma Formula1 bolidlərin necə olacağını indidən göstərdi.

Yeni bolidlər indiki maşınlardan çox fərqlidir. Bolidin ön qanadı və burnu tamamilə dəyişib.

Eyni zamanda sidepod və arxa qanadlar hissəsi də dəyişib. Artıq təkərlərin üzərində qapaqlar var. Yeni dizaynla sürücülər bir-birlərilə daha yaxşı mübarizə aparacaqlar. Beləliklə, ötmələr də artacaq.

Yeni bolidlərdə altlıq daha böyük effekt verəcək və buna görə də qanadlar daha bəsit olacaqlar. Bunun hesabəna arxadakı sürücü öndəki rəqibini asanlıqla izləyə biləcək.

Komandaların gələn il təqdim edəcəkləri bolidlər Silverstounda göstərilən boliddən fərqli ola bilər. Çünki komandalar performansı artırmaq üçün fərqli yollar axtarırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*