Red Bull yeni maşınını fevralın 27-də göstərəcək

Bu gün çempionatın 10 iştirakçısından artıq 9-cu komanda mövsüm üçün hazırladığı yeni maşınının təqdimat tarixini açıqlayıb.

Keçənilki çempionatı ikinci yerdə başa vuran Red Bull komandası yeni maşını fevralın 26-da təqdim edəcək – komandanın rəsmi saytında RB13-ün şəkilləri və texniki xarakteristikası dərc olunacaq. Bir gün sonra yeni maşın Barselona testlərində debüt edəcək.

F-1.az xatırladır ki, elə həmin gün, yəni fevralı 26-da, amma Barselonada Toro Rosso da öz yeni maşınını nümayiş etdirəcək. Digər komandaların təqdimat tarixləri isə aşağıdakı cədvəldə verilib…

Tarix Komanda Maşın Təqdimat yeri
20 fevral Sauber C36 Komandanın saytı
21 fevral Renault  –
22 fevral Force İndia VJM10 Silverstoun, Britaniya
23 fevral Mercedes AMG W08 Silverstoun, Britaniya
24 fevral Ferrari İtaliya, Fyorano
24 fevral McLaren MCL32 Uokinq, Britaniya
25 fevral Haas VF-17 Barselona, İspaniya
26 fevral Red Bull RB13 Komandanın saytı
26 fevral Toro Rosso STR12 Barselona, İspaniya
Wiliams FW40
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*