Red Bull yarım marafona hazırlaşır

Red Bull komandasının başçısı və komandanın texniki departamentinin başçısı Ədrian Nyui xeyriyyə yarım marafonunun startına çıxmağa hazırlaşırlar – tədbir Silverstounda […]

Red Bull komandasının başçısı və komandanın texniki departamentinin başçısı Ədrian Nyui xeyriyyə yarım marafonunun startına çıxmağa hazırlaşırlar – tədbir Silverstounda baş tutacaq. Tədbirin məqsədi Red Bull şirkətinin təsis etdiyi Wings for Life fonduna vəsaitin toplanmasıdır.

Komandanın rəhbərlərindən başqa marafonda digər əməkdaşlar və azarkeşlər qrupu iştirak edəcək, azarkeşləri komandanın Milton Kinsdəki bazasına ekskursiya gözləyir…

Kristian Horner: “Komandamız fəxr edir ki, Silverstounda Wings for Life fondunun tədbirini dəstəkləyir və yarım marafonda iştirak edəcək. Bu xeyriyyə fondu onurğa problemlərinin araşdırılması ilə məşğul olur. Əmin deyiləm ki, rekorda imza atacam, amma səbirsizliklə startı gözləyirəm.”

Wings for Life fondu 2004-cü ildə təssi olunub, fondun loqotipləri Sebastyan Fettel və Mark Uebberin kombinezonlarına, maşınların korpusuna həkk olunub. Hər iki sürücü ilə birlikdə komandanın keçmiş sürücüsü Dəvid Kulthard bu xeyriyyə fondunun rəsmi nümayəndələri hesab olunurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*