Red Bull X Fighters Jams – uçan motosikletlər artıq Bakıda!

Mayın 25-də saat 20:00-da Bakının Azadlıq meydanında Azərbaycanın idman tarixində nadir hadisə baş verəcək və fristayl motokros aləmində ən möhtəşəm […]

Mayın 25-də saat 20:00-da Bakının Azadlıq meydanında Azərbaycanın idman tarixində nadir hadisə baş verəcək və fristayl motokros aləmində ən möhtəşəm şou – Red Bull X-Fighters Jams keçiriləcək.

Red Bull X-Fighters Jams – məşhur idmançıların, dünyanın ən yaxşı rayderlərinin iştirakı ilə əlamətdar çıxışlar silsiləsidir və Red Bull X-Fighters motofristayl üzrə ən nüfuzlu dünya turnirinə dəstək məqsədilə keçirilir.

Bakı inqilabın şahidi olacaq – Yerin cazibə qanununa qarşı olan inqilabın. Motofristaylın dünya ulduzları Azadlıq meydanında göy üzərində başgicəlləndirici, dəlisov tryuklar edərək səmalara uçacaqlar! Red Bull X-Fighters Jams – tamamilə yeni bir tamaşadır ki, ölkəmizin sakinləri bu günə qədər belə tamaşanı yalnız televizor ekranlarında izləyiblər.

Azərbaycan sakinlərini valeh etməyə gələn dünya məşhurları: Aleksey Kolesnikov (Rusiya), Daniel Bodin (İsveç), İvan Zukkoni (İtaliya) və Vanni Odder (İtaliya).

Rayderlərin çıxışları xüsusi quraşdırılmış üç metrlik hündürlüyü olan tramplində keçirilir, burada moto-ekstremallar 10 metrlik hündürlüyə qalxacaq və bununla yanaşı 100 kiloqramlıq motosikletləri mütləq dəqiqliklə idarə edərək məharətlərini göstərəcəklər.

Gördüklərinizə zəmanət verilir: inanılmaz qızğın ehtiraslar, batmış səslər və güclü emosiyalar!

Məlumat:

Red Bull X-Fighters Jams – artıq 10 il ardıcıl olaraq motosportda ən möhtəşəm tamaşa sayılan fristayl-motokros üzrə Red Bull X-Fighters beynəlxalq yarışların “demo-versiya”sıdır.

Aleksey Kolesnikov – 28 yaşlı rayder, Rusiyada FMX-in banisidir. Məhz o, ilk dəfə backflip (arxaya salto) edib. Bu gün Aleksey Kolesnikov və yaxud həmkarlarının dediyi kimi “Kalaşnikov” planetin ən yaxşı 20 top-rayderlərinin siyahısına daxildir.

Daniel Bodin – xarizmatik skandinav, motosikletlə ustalıqla rəftar edir və İsveçdə bir çox yarışmaların qalibidir, Moskvada və dünyanın bir çox şəhərlərində Red Bull X-Fighters Exhibition şousunun iştirakçısıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*