21 Noyabr 2019, Cümə axşamı - 14:24

Red Bull Vallelunqada təkər testi edəcək

Red Bull Vallelunqada təkər testi edəcək

Müəllif: Elçin Zodorov, redaktor

10:21 - 18 İyul, 2016

Komanda İtaliyada Pirelli-nin 2017-ci il üçün olan təkərlərinin prototiplərini test edəcək.

F-1.az xatırladır ki, Pirelli-nin xahişi ilə 3 komanda 2017-ci ilin təkərlərinin inkişafı proqramına könüllü olaraq qoşulmuşdu.

Ferrari Fyoranoda gənc sürücü Antonio Fuoko ilə, Mercedes AMG isə keçən həftə Silverstounda Paskal Verlyayn ilə gələn ilin təkərlərinin prototiplərini test etmişdilər. Təkər istehsalçısı tərəfindən verilən açıqlamaya görə, Red Bull 2013-cü ilin maşını olan RB9 ilə bazar ertəsi və çərşənbə axşamı test edəcək. Komandaya bu işdə Pyer Qasli köməklik göstərəcək.

Qeyd edək ki, 2017-ci ilin təkərlərinun ilk testləri avqust ayında sözügedən 3 komanda – Ferrari, Mercedes AMG və Red Bull tərəfindən ediləcək. Ölçüləri 25% böyüyən təkərləri cəmi 3 komanda sınaqdan keçirsə də, əldə edilən məlumatlar şirkət tərəfindən bütün komandalara ötürüləcək. Pirelli-dən həm də bildirmişdilər ki, onlar avqustdakı testlərdə hazırda yarışan sürücülərin iştirak etməsini istəyirlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 480
Teqlər , ,
Paylaş

logo