27 İyun 2019, Cümə axşamı - 12:54

Red Bull-un gəlirləri artır

Red Bull-un gəlirləri artır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:19 - 30 Dekabr, 2012

Enerjili içkilərin istehsalçısı Red Bull şirkəti keçən il Formula1-də eyniadlı komandasına əlavə 3.5 milyon funt sterlinq sərmayə etməklə komandanın mənfəətini […]

Enerjili içkilərin istehsalçısı Red Bull şirkəti keçən il Formula1-də eyniadlı komandasına əlavə 3.5 milyon funt sterlinq sərmayə etməklə komandanın mənfəətini rekord səviyyəyə qaldırıb – 108.5 milyon funt. Bu barədə komandanın başçısı Kristian Horner xəbər verib: onun sözlərinə görə, sərmayənin artımına səbəb komandanın son illərdəki nailiyyətlərinin tanınmasıdır.

Britaniyanın The Daily Mail qəzetinə Horner bildirib ki, “bizim marketinq şöbəmiz Red Bull Technology bölməmizlə bir binada yerləşir və onun fəaliyyəti Red Bull konserninin maraqları çərçivəsində yarış komandasının uğurlarınından maksimum istifadə etməkdir…”

Red Bull komandasının 2011-ci ildə ümumi gəliri 176.8 milyon funt təşkil edib ki, bunun da 55 milyon funtu 2010-cu ildə çempionatda qazanılan qələbədən əldə edilən FOM-un ödəməsidir. Komandanın 2011-ci ildə xərcləri 11% artıb və 176.2 milyon funt təşkil edib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 245
Teqlər ,
Paylaş

logo