Red Bull Pereslə danışıqlara başlayıb

Red Bull komandası sürücüsü Serxio Pereslə yeni müqavilə üçün danışıqlara başlayıb.

F-1.az xatırladır ki, 32 yaşlı sürücünün komandası ilə müqaviləsi ilin sonunda başa çatacaq.

Meksikalı pilot bu il komanda yoldaşı Maks Ferstappenə yaxın performans göstərir. Belə olan halda “qırmızı öküzlər” də onunla yola davam etmək istəyirlər. Düzdür, komanda ilə Pyer Qaslinin də adı tez-tez hallanır. Ancaq Red Bull Peresdən razıdır və artıq danışıqlar başlayıb.

Serxio Peres: “Bəli, danışıqlar başlayıb. Ancaq tələsməyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*