11 Dekabr 2018, Çərşənbə axşamı - 11:03

Red Bull başın qorunması sistemini gələn ay test edəcək

Red Bull başın qorunması sistemini gələn ay test edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

09:16 - 04 Mart, 2016

Red Bull komandası 2017-ci il üçün təklif etdiyi alternativ baş qoruma sistemini gələn ay test edəcək…

F-1.az xəbər vermişdi ki, Ferrari komandasının sürücüsü Kimi Rəykkönen dünən Halo adlı baş qoruma sistemini ilk dəfə test edib.

Amma mütəxəssislər güman edirlər ki, Red Bull önündə dirək olmayan və sürücünün başını tamamilə bağlayan sistem hazırlayıb. Komandanın təklif etdiyi variantda öndə dirək yoxdur. Hər iki tərəfdə kiçik detallardan istifadə edilib.

Bu sistemdə Bloodhound adlı sürət rekordu qıran avtomobilin şüşəsindən istifadə edilib.

Deyilənlərə görə Red Bull-un bu sistemi Batman filmindəki Batmobile-ı xatırladır. Red Bull bu sistemi şou vaxtı nümayiş etdirəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 243
Teqlər , , ,
Paylaş

logo