Racing Point yeni titul sponsoru tapıb?

Yayılan xəbərlərə əsasən Racing Point komandası mərc şirkəti olan SportPesa ilə uzunmüddətli müqavilə bağlayıb.

F-1.az bildirir ki, tərəflər 2+1 illik opsiyonlu müqavilə bağlayıblar. Tərəflər rəsmi açıqlama verməsələr də, Racing Point komandasının fevralın 13-də təqdimatda açıqlama verəcəyi iddia edilir. Müqaviləyə əsasən, SportPesa titul sponsoru olacaq və loqotiplər bolidlərin üzərində olacaq. SportPesa Kanada təmsilçisinə ilk mövsüm üçün 8, ikinci mövsüm üçün 10, üçüncü mövsüm üçün 12 milyon dollar ödəyəcək.

Xatırladaq ki, Racing Point komandası 2017-ci ildə BWT ilə müqavilə bağlamış və şirkətin loqoları bolidi bəzəmişdi. Lakin BWT ilə müqavilənin davam edib-etməyəcəyi müəmmalıdır. Tərəflər açıqlama verməkdən imtina ediblər.

Belə olan halda Racing Point komandası bu il çəhrayı rəngdən imtina edərək, mavi və ya göy rənglə yarışa bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*