25 Avqust 2019, Bazar - 10:58

R.Qrojan: “İki bolidlə də xal almalıyıq”

R.Qrojan: “İki bolidlə də xal almalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

21:07 - 07 Yanvar, 2017

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, onlar 2017-ci ildə daha yaxşı nəticə qazanmaq istəyirlərsə, iki bolidlə birdən xal almalıdırlar.

F-1.az xatırladır ki, Haas komandası 2016-cı ildə 29 xal toplamış və xalların hamısını Roman Qrojan toplamışdı.

Komandanın digər sürücüsü Esteban Qutyerres isə 5 dəfə 11-ci olmuş və komandasına xal qazandıra bilmədiyi üçün mövsümün sonunda komandadan qovulmuşdu. Meksikalı sürücünü bu il Kevin Maqnussen əvəz edəcək.

Qrojan ümid edir ki, yeni komanda yoldaşı ilə birlikdə daha çox xal toplayacaqlar: “Esteban sıralanma turunda çox sürətli sürücü idi. Yarışlarda isə bəzi problemlərlə üzləşdi və ya işlər istədiyi kimi getmədi. Onun üçün şanssız mövsüm idi və komandadan ayrıldı.

Mühəndislər Kubokunda yaxşı yer tutmaq üçün iki bolidlə də xal almalıyıq.

Estebana hörmət edirəm. 21 yarışda bəxtinizin gətirmədiyi anlar ola bilər, amma bəzən də bəxtiniz gətirir. Beləliklə, bəxt faktorunda işlər balanslaşır.

Kevin çox istedadlı sürücüdür. Onunla mübarizə aparmaq üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 137
Teqlər , , ,
Paylaş

logo