R.Kubitsa 6 saatlıq Vallelunqa yarışında çıxış edəcək

Robert Kubitsa 2003-cü ildə FİA GT-də çempion olmuş, hazırda isə Sky Sports İtalia-da çalışan italyan sürücü Matteo Bobbi ilə birlikdə 6 saatlıq Roma yarışında çıxış edəcək.

F-1.az xəbər verir ki, Oregon komandası Renault R.S.01-i idarə edəcək ekipajın üçüncü üzvünün adını hələ açıqlamayıb. Yarış 12-13 noyabr tarixlərində Vallelunqa trasında baş tutacaq.

Polşalı sürücü sentyabrın sonunda Spada keçirilən Renault Sport Trophy yarışında 3-cü və 4-cü yerləri tutaraq hələ də yaxşı nəticələr əldə edə biləcək səviyyədə olduğunu sübut etmişdi.

Qeyd edək ki, Kubitsa Vallelunqada yarışacaq yeganə sabiq Formula1 pilotu deyil – Cankarlo Fizikella da Ferrari 488 GT3 komandasının tərkibində çıxış edəcək.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*