Williams Kubitsaya təşəkkür edib

Williams komandası sürücüsü Robert Kubitsaya xidmətlərinə görə təşəkkür edib.

F-1.az xatırladır ki, Kubitsa 2018-ci ildə Britaniya komandasına developer sürücü kimi gəlmiş, 2019-cu ildə isə əsas pilot olmuşdu. Lakin builki uğursuz çıxışdan sonra polşalı sürücü ilin sonunda Williams komandasından ayrılacağını deyib. Formula1-in ən titullu ikinci komandası 33 yaşlı pilota xidmətlərinə görə təşəkkür edib: “Robertə əməyinə görə təşəkkür edirik və onun ayrılıq qərarına hörmət edirik. Həm ehtiyat və developer, həm də əsas sürücü kimi komandamızın vacib bir hissəsi oldu. Ona təşəkkür edirik və uğurlar arzulayırıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*