14 Noyabr 2019, Cümə axşamı - 07:10

Williams rəng çalarını təqdim edib

Williams rəng çalarını təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

19:15 - 11 Fevral, 2019

Williams komandası 2019-cu ildə mübarizə aparacağı rəng çalarını təqdim edib.

F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası keçən il pis mövsüm keçirərək, Mühəndislər Kubokunda sonuncu yeri tutub. Komanda mövsümün sonunda həm titul sponsoru olan Martini şirkətini, həm də Lourens Strollu itirib. Britaniya təmsilçisi bu il komandaya Formula2 üzrə Dünya Çempionu Corc Rassellə 9 il sonra idmana qayıdan Robert Kubitsanı gətirib. Bu gün onlayn təqdimat edən Williams 2019-cu ildə yarışacağı rəng çalarını təqdim edib. Britaniyalılar yeni bolidlərini mövsümöncəsi qış testlərində göstərəcək.

Williams komandası britaniyalı telefon şirkəti olan ROKiT ilə titul sponsorluğu müqaviləsi bağlayıb. Komandanın yeni adı ROKiT Williams Racing olacaq. Təqdimatda Kler Uilyams, Robert Kubitsa və Corc Rassel də olub. Müqaviləyə əsasən şirkətin loqotipləri bolidin arxa qanadında və yanlarında olacaq. Bolidin rəngi əsasən ağ olsa da, bəzi yerləri maviyə boyanıb. Maşının alt hissəsi isə qara rəngdədir. Rexona adı son illərdəki kimi saydpodların üzərindədir.

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bu barədə fikirlərini bölüşüb: “ROKiT-i 2019 və sonrakı illərdə titul sponsoru kimi komandada gördüyümüzçün şadıq. Onlarla oxşar dəyərlərə sahibik və telekomunikasiya dünyasında həyəcanverici bir yola çıxırlar. Eynilə bizim kimi. Birlikdə yola çıxmaq hər iki tərəfi daha güclü edəcək. Buna görə də səbirsizlənirəm.

Bu rəng çaları üçün çox vaxt sərf etdik. Dizaynerlərimiz çox güclüdürlər. Williams-ın ənənəvi rəngləri göy və ağdır. Amma bundan uzaqlaşmaq istədim. Dünyaya yeni və güclü markamız olduğunu göstərmək istədim”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , , ,
Paylaş

logo