R.Dennis: Maksın tərəfindəyəm

McLaren komandasının sabiq rəhbəri Ron Dennis düşünür ki, Maks Ferstappen səhv edəcəyi halda çempionluğu əldən verə bilər.

F-1.az xatırladır ki, niderlandlı sürücü bu il 7 yarış qazanıb və əsas rəqibi Həmiltondan sadəcə 2 xal geri qalır.

Ron Dennis: “Red Bull-dakı mühəndislərə böyük hörmətim var və Honda da onlarla əla işləyir. Buna görə də düşünürəm ki, Ferstappen qalib gələcək. Əgər qalib ola bilməsə, deməli səhv edib performans itiriblər. Bizi maraqlı mövsüm gözləyir. Mən Ferstappenin tərəfindəyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*