M.Ferstappen Renault və McLaren-i komandasına rəqib görmür

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, McLaren və Renault onlara rəqib deyil.

F-1.az xatırladır ki, Daniel Rikkardo mövsümöncəsi qış testlərində iki gün protokollara başçılıq edib. Bəzi mütəxəssislərin Red Bull-u Mercedes-ə qarşı əsas rəqib hesab etdikləri halda, Renault və McLaren-in də Red Bull-a qarşı əsas rəqib olacağını düşünənlər az deyil.

Maks Ferstappen: “Hamıya diqqət edirik. Amma inanmıram ki, onlar bizə rəqib olsunlar. Bunun olmasını da istəmirik. Bu, o deməkdir ki, biz yaxşı iş görməmişik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*