R.Braun sözlərinə aydınlıq gətirib

Ross Braun Şumaxerin vəziyyəti barədə "Şumaxerin vəziyyəti ümidvericidir" demişdi. Amma o, bu sözlərinə aydınlıq gətirib.

F-1.az xatırladır ki, Braun keçən həftə verdiyi müsahibədə Şumaxerin vəziyyətinin ümidverici olduğunu demişdi. Amma o bildirib ki, bu sözlər Şumaxerin sağaldığı mənasına gəlmir. Almaniyalı əfsanənin ailəsi də Mixaelin sağlıq vəziyyəti barədə heç bir məlumat vermir.

Ross Braun: “Almaniyaya gedirik. Gedib görürük və yaxşılaşması üçün dua edirik. Vəziyyətinin yaxşılaşdığını demişdim, amma bunu demək istəmirdim. Ailəsi Şumaxerin vəziyyəti barədə məlumat vermir. Mən də bu qərara hörmət etməliyəm. Ümid edirəm ki, gələcəkdə onu həmişə öyrəşdiyimiz vəziyyətdə görərik. Bundan başqa heç bir söz demək istəmirəm”.

Braun 3 il əvvəl qəzanın xəbərini alanda çox qorxduğunu deyib: “Yeni il üçün Şotlandiyaya gedirdim və bu xəbəri aldım. Planlarımızı ləğv edib, onu görməyə getdik. Bu hadisə ailə üçün travmatik idi və bizi də şok etdi. Mixael güclü xarakter idi. Yarış karyerası ərzində bir dəfə ayağını qırmışdı. Daha sakit halda yaşayan vaxtı başına bu cür hadisənin gəlməsi ironik oldu”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*