Q.Çjou yarışa pit yolundan başlayacaq

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou Emiliya Romanyadakı yarışa pit yolundan başlayacaq.

F-1.az xatırladır ki, çinli pilot yarışın startında Qasli ilə təmas yaşamış və mübarizəni dayandırmışdı. Alfa Romeo komandası qəzadan sonra bolidi yığmağa çalışsa da, qapalı sahə qaydalarını pozublar. Buna görə də stüartlar gənc pilota pit yolundan başlama cəzası veriblər.

Quanyu Çjou: “İlk dövrədə iki-üç rəqibimlə yaxşı mübarizə apardım. Daha sonra 9-cu döngədə Mercedes-lərdən biri Pyerdən müdafiə olunurdu. Mən də onu keçmək istədim və əylənmə zamanı ötməni tamamlamışdım. Daha sonra döngədən çıxarkən böyük zərbə aldım və bunu gözləmirdim. Elə bilirdim ki, ötməni tamamlamışam. Belə olduğu üçün məyusam, çünki tempimiz yaxşı idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*