R.Kubitsa çox məyusdur

Alfa Romeo komandasının test sürücüsü Robert Kubitsa başına gələn hadisələrə görə məyusdur.

F-1.az xatırladır ki, polşalı sürücü qış testlərinin ilk günündə C42-nin sükanı arxasına keçsə də, qızdırma dövrəsində problem yaşayıb və boksa qayıtmalı olub. 3 saat yarım boksda qalan veteran sürücü, nahara yaxın sükan arxasına qayıda bilib və günün ilk yarısını sonuncu yerdə bağlayıb.

Robert Kubitsa: “Çox dövrə vura bilmirsinizsə, deməli problem yaşayırsınız. Bir neçə problem yaşadım. Komanda problemi həll etdi, amma sonra başqa problem çıxdı. Bunu qızdırma dövrəsində görsək də, həll olunduğunu düşünmüşdük. Ancaq həll olunmayıbmış. Heyif ki, günün yarısını əldən verdik.

Heyif, sadəcə iki dövrə vura bildim. Amma yarışlar belə olur. Növbəti dəfə sükan arxasına keçənə qədər çox vaxt keçəcək. Buna görə də pis oldu”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*