Bottasın problemi üzə çıxıb

Alfa Romeo komandasının baş yarış mühəndisi Çevi Puxolar bildirib ki, Bottas yanacaq sisteminə görə mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü MAcarıstanda xal uğrunda mübarizə aparsa da, yarışın 65-ci dövrəsində mübarizəni dayandırmalı olub.

Çevi Puxolar: “Valtteri yanacaq sistemindəki texniki problemə görə mübarizəni dayndırdı. Problemin səbəbini araşdıracağıq. Bu yaxşı hal deyil. Mübarizəni dayndrımadan əvvəl heç bir problem görünmürdü. Hər şey gözəl gedirdi. Daha sonra mühəndislər telemetriyada problem gördülər. Valtteri o anda radiodan güc itirdiyini dedi və mübarizəni dayandırmalı oldu”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*