17 Yanvar 2019, Cümə axşamı - 21:45

Pirelli mövsümün ilk dörd yarışı üçün təkər seçimini elan edib

Pirelli mövsümün ilk dörd yarışı üçün təkər seçimini elan edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:11 - 10 Dekabr, 2018

2017-ci il mövsümü yenicə başa çatıb, amma Pirelli şirkəti artıq yeni mövsümün ilk dörd səfər yarışına gətirəcəyi təkər tərkiblərini açıqlayıb.

F-1.az xatırladır ki, reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Hər bir Qran Priyə sürücülərə 13 dəst quru hava təkərləri veriləcək – hər tərkibdən bir dəst seçmək məcburidir, digər dəstlərin say seçimində sürücülər azaddırlar. Yarış üçün məcburi elan olunan tərkibdən istifadə etməyən sürücü əvvəlki qaydada cərimə olunur.

Sıralanma turunun son sessiyasına keçən sürücülər əvvəlki sessiyada ən yaxşı nəticəni göstərdikləri təkərlərlə start almalıdırlar və son sessiyada istifadə etdikləri ən yumşaq tərkibi Pirelli-yə qaytarmalıdırlar.

Əslində, yalnız Melburnda baş tutacaq ilk yarışa 14 həftə qalıb, amma mövsümöncəsi testlərə qədər nə komandaların, nə də təkər istehsalçısının yeni təkərlər barədə kifayət qədər məlumatı olmayacaq, ona görə də elə digər yarışlar barədə də məlumat gecikdirilməyib.

Gələn ildən bütün həftəsonlarına gətirilən tərkiblər eyni cür adlanacaq: Hard, Medium və Soft. Faktiki olaraq tərkiblərin sayı 5-ə endirilib: ən bərk tərkib C1 indeksi alıb, ən yumşa isə C5 adlandırılıb. Hər bir həftəsonuna Pirelli keçən il odluğu kimi 3 tərkibi seçir.

Avstraliya, Çin və Azərbaycanda komandalara C2, C3 və C4 tərkibləri təklif olunacaq. C4 tərkibi sıralanma turunda məcburi elan edilib. Bəhreyndə isə sürücülərə bir qədər bərk tərkiblər təklif olunacaq – C1, C2 və C3. Bu dəfə C3 tərkibi sıralanma turu üçün məcburi olacaq.

Mərhələ / TərkiblərHardMediumSoft
Markalanma rəngiSarıQırmızı
Avstraliya Qran PrisiC2 (Medium)C3 (Soft)C4 (UltraSoft)
Bəhreyn Qran PrisiC1 (Hard)C2 (Medium)C3 (Soft)
Çin Qran PrisiC2 (Medium)C3 (Soft)C4 (UltraSoft)
Azərbaycan Qran PrisiC2 (Medium)C3 (Soft)C4 (UltraSoft)

Mötərizədə 2018-ci ilin tərkibləri qeyd olunub…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 358
Teqlər , , , ,
Paylaş

logo