23 Avqust 2019, Cümə - 09:25

P.Fray: “Hələlik biz qrafikdən geri qalırıq”

P.Fray: “Hələlik biz qrafikdən geri qalırıq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:29 - 13 Fevral, 2013

Ferrari komandasının texniki direktoru Pıt Fray etiraf edib ki, keçənilki son yarışa qədər titul uğrunda mübarizə yeni F138 üzərində işə […]

Ferrari komandasının texniki direktoru Pıt Fray etiraf edib ki, keçənilki son yarışa qədər titul uğrunda mübarizə yeni F138 üzərində işə mənfi təsir edib – keçən il komanda sıralanma turundakı geriqalmanı aradan qaldırmaq üçün hər bir yarışa yenilik hazırlamaq məcburiyyətində idi. Ona görə də komanda hazırda qrafikdən geri qalır, amma mövsümün əvvəlinə tam hazır olmaq üçün əlindən gələni edir…

Pət Fray: “Biz artıq demişik ki, builki maşın keçənilkinin təkamülüdür. Komanda bütün istiqamətlərdə inkişaf etmək üçün əlindən gələni edib, amma, ümumən, F138 keçənilki F2012-nin varisidir.

Keçən il son yarışa qədər titul uğrunda mübarizə yeni maşın üzərində işimizə mənfi təsir göstərib, biz mövsümün sonuna qədər bütün səylərimizi bu istiqamətə səfərbər edə bilmədik, hərçənd, eyni sözü digər top-komandalar da deyə bilərlər. Müəyyən mənada bizim bəxtimiz gətirdi ki, həyata keçirdiyimiz kadr islahatları maşının təkamülünə elə də güclü mane olmayıb, F138-in aerodinamikasına gəlincə, biz bu işi istədiyimizdən 3 ay sonra başlamalı olduq.

Biz bu geriqalmanı aradam qaldırmaq üçün əlimizdən gələni edəcəyik. İkinci test seriyasına çoxlu yeniliklər hazırlamışıq, daha çox yeniliyi isə sonuncu testlərə və Melburna gətircəyəik.

Təəssüf ki, F138 üzərində gördüyümüz işlərin çoxunu 2014-cü il maşınının konstruksiyasına köçürülə bilmərik – motor reqlamentinin dəyişdirilməsi aerodinamikada ciddi dəyişikliklərə gətirəcək. Ona görə də biz iki layihə üzərində paralel işləyəcəyik və bir azdan bütün diqqətimizi 2014-cü ilin maşınına cəmləyəcəyik.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 315
Teqlər , ,
Paylaş

logo