Paddokda Mercedes-in ön antiqanadı ilə maraqlanırlar

Mercedes AMG komandası mövsümöncəsi testlərin Xeresdə birinci seriyasında keçənilki şassidən istifadə etməsinə baxmayaraq, komanda 2012-ci ilin maşını üçün hazırlanmış bir […]

Mercedes AMG komandası mövsümöncəsi testlərin Xeresdə birinci seriyasında keçənilki şassidən istifadə etməsinə baxmayaraq, komanda 2012-ci ilin maşını üçün hazırlanmış bir çox yenilikləri yoxlamaq qərarına gəlib. Ekspertlərin diqqətini xüsusi hava kanalı ilə təchiz olunmuş ön antiqanad cəlb edib.

Almaniyanın Auto Motor und Sport saytının bildirdiyinə görə, hava axını burun elementinin ucundakı oval dəlikdən daxil olaraq iki hava kanalı ilə ön antiqanada verilir. Təzyiq müəyyən səviyyəni keçəndə hava dörd kanalla maşının altlığına yönəldilir.

McLaren komandasının başçısı Martin Uitmarşın fikrincə, belə bir sistem maşının maksimal sürətini 5-8 km/saat artıra bilər, amma Uitmarş etiraf edib ki, belə bir sistemi nüsxələmək elə də asan deyil. Reqlamentdə bu cür texniki elementlərin qadağası yoxdur, onun aktivləşdirilməsində sürücü rol oynamadığı üçün sistem leqal hesab oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*