11 Dekabr 2018, Çərşənbə axşamı - 00:44

P.Lou: “Zəifliyimizin səbəbini bilmirik”

P.Lou: “Zəifliyimizin səbəbini bilmirik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 08 Aprel, 2018

Williams komandasının texiki direktoru Pəddi Lou bildirib ki, Bəhreyn Qran Prisinin sıralanma turunda bəzi səbəblərə görə geridə qalıblar.

F-1.az xatırladır ki, britaniyalılar son illərdəki ən bərbad sıralanma turu performansını göstərərək, 18-ci və 20-ci yerləri tutublar.

Pəddi Lou: “Yarışa belə geridən başlamaq istəməzdik. Amma bəzi səbəblərə görə tempimiz zəifdir. Bu səbəblərin bəzilərini bilirik. Bəzilərindən isə xəbərimiz yoxdur. Daha çox işləməliyik. Bu cür sıralanma nəticəsindən sonra yarış da çətin olacaq. Amma həmişəki kimi əlimizdən gələni edərək, ən yaxşı nəticəni almağa çalışacağıq. Əsl gücümüzü yarışda görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 191
Teqlər , , , ,
Paylaş

logo