14 Dekabr 2019, Şənbə - 15:17

Bəhreyn-2019: Sıralanma turu

Bəhreyn-2019: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

20:13 - 30 Mart, 2019

Saxirdə sıralanma turu hər zaman maraqlıdır. Mövsümün ilk yarışının baş tutduğu Albert Parka bənzərsiz olan tras qüvvələr nisbətini daha aydın görməyə imkan verir.

F-1.az xatırladır ki, Mercedes iki həftə əvvəl Ferrari-ni böyük fərqlə üstələsə də, Bəhreyndə vəziyyət dəyişib. Ferrari sürücüləri hər 3 sərbəst yürüş sessiyasında ilk iki yeri tutaraq Mercedes sürücülərini xeyli fərqlə üstələyiblər.

Pirelli buraya ən sərt üç tərkibi – C1, C2 və C3 təkərlərini gətirib. C1 həftəsonu boyunca bir neçə dəfə istifadə edilsə də, asfaltla ilişməsi olduqca az olub. Orta və yumşaq təkərlər arasındakı fərq isə çox olub.

İlk sessiyada hamı Soft təkərlərlə boksları tərk edib. Kubitsa ilk sürətli dövrəsini səhv etdiyi üçün başa vurmayıb və geri qayıdıb. Qrojan Norrisin sürətli dövrəsinə mane olub. Buna görə də fransız sürücüyə startda 3 yer itirmək cəzası verilib və 1 cərimə balı yazılıb. Lekler ən sürətli olub – 1:28.495. Covinatsi, Hülkenberq, Stroll, Rassell və Kubitsa mübarizəni dayandırıblar.

İkinci sessiyada da hamı Soft təkərlərlə trasa çıxıb. Lekler elə ilk cəhdində 1:28.046-lıq nəticə ilə ilk yerə yüksəlib. Kvyat sürətli dövrə vurmadan boksa qayıdıb, lakin komanda onun təkərlərini dəyişməyib və rus sürücü yaxşı nəticə əldə edə bilməyib. Fettel yalnız ikinci cəhdində ilk ikiliyə yüksələ bilib. Rikkardo, Elbon, Qasli, Peres və Kvyat üçün mübarizə başa çatıb.

Son sessiyada Fettel və Ferstappen ilk cəhddə nəticə göstərməyiblər, protokollara yenə Lekler başçılıq edib. Monakolu gənc sürücü ikinci cəhdində nəticəsini daha da düzəldərək trasın mütləq rekordunu yeniləyib – 1:27.866.

Şarl Lekler Ferrari-də çıxdığı cəmi ikinci yarışda karyerasında ilk poulu əldə edib. Çox güclü görünən Mercedes yarışa ilk cərgədən başlamağa haqq qazanıb. İkinci cərgə Mercedes sürücüləri tərəfindən zəbt edilib, üçüncü cərgə isə Ferstappen və Maqnussenə qismət olub.

Bizi sabah Bakı vaxtı ilə 19:10-dan etibarən çox maraqlı yarış gözləyir…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
116Şarl LeklerFerrari11:28.495411:28.04631:27.8667
25Sebastyan FettelFerrari21:28.733421:28.35661:28.1604
344Lyuis HəmiltonMercedes AMG31:29.262631:28.57831:28.1907
477Valtteri BottasMercedes AMG51:29.498541:28.83041:28.2566
533Maks FerstappenRed Bull91:29.579371:29.10961:28.7523
620Kevin MaqnussenHaas81:29.532351:29.01761:28.7576
711Karlos SaynsMcLaren71:29.528561:29.05561:28.8136
88Roman QrojanHaas101:29.688581:29.24961:29.0156
97Kimi RəykkönenAlfa Romeo151:29.9596101:29.47161:29.0226
104Lando NorrisMcLaren41:29.381691:29.25861:29.0436
113Daniel RikkardoRenault111:29.8596111:29.4886
1223Aleksander ElbonToro Rosso61:29.5149121:29.5136
1310Pyer QasliRed Bull141:29.9006131:29.5266
1411Serxio PeresRacing Point131:29.8936141:29.7566
1526Daniil KvyatToro Rosso121:29.8766151:29.8544
1699Antonio CovinatsiAlfa Romeo161:30.0266
1727Niko HülkenberqRenault171:30.0346
1818Ləns StrollRacing Point181:30.2176
1963Corc RassellWilliams191:31.7598
2088Robert KubitsaWilliams201:31.7998

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 070
Teqlər , , , ,
Paylaş

logo