İspaniyada dərc olunan Marca qəzetinin jurnalistlərinin xəbər verdiyinə görə, IFEMA kompleksi yaxınlığında 39 dərəcə istiyə baxmayaraq, bu tarixi hadisəyə şahid olmaq və onu sənədləşdirmək istəyən yüzlərlə azarkeş toplaşıb.
Gün iki sessiyaya bölünüb. Səhər Şarl Lekler heç bir problem yaşamadan bir neçə çıxış həyata keçirib və ümumilikdə 16 dövrə vurub – bəzi çətinliklər çəkiliş avadanlığının işi ilə bağlı olsa da, trasdakı işlər davam edib.
O cümlədən italyan komanda Madriddəki autodromun pit-leynini ilk sınayan komanda olub və oranın necə qurulmasından kifayət qədər razı qalıb. Trasın inşasına başlananda – 2026-cı ilin sentyabrından etibarən İspaniya Qran Prisinin daimi məkanı olması nəzərdə tutulurdu – işlərin vaxtında bitib-bitməyəcəyi barədə skeptik fikirlər səslənmişdi. Lakin indi, demək olar ki, autodromun bir növ “sınaq-keçirmə” mərasimi baş tutub və dünən Ferrari orada artıq yarışmaq mümkün olduğunu nümayiş etdirib.
Autodromda işlər yekunlaşma mərhələsindədir, tribunların inşası sürətlə davam edir. Avtodromun xüsusiyyətlərindən biri tuneldir: tuneldən sonra trasın əsas düzlüyünə çıxılır və Şarl Lekler son dövrəsində toplaşmış izləyicilərə əl yelləmək üçün sürətini azaldıb.
Günün ikinci yarısında Şarlın yerini Lyuis Həmilton alıb, ümumilikdə Ferrari sürücüləri 5.4 km uzunluğu olan trasda 36 dövrə vurublar.
Qəzet yazır ki, çəkiliş günü ərzində Ferrari üçün çox sərt təhlükəsizlik tədbirləri görülüb: bu tədbirlərin təminatını polis və milli qvardiya həyata keçiririb, IFEMA kompleksi ətrafındakı yollar da bağlanıb.
Məlum deyil, çempionatdakı digər komandaların Skuderiya nümunəsini izləmək planları var, ya yox, amma hər halda onlar sentyabrın ikinci həftəsonunda yeni autodromda toplaşacaq və paytaxtın Barajas rayonunun ətrafı artıq təkcə Ferrari SF-26-nın deyil, Formula1-in bütün 22 maşınının motor səsi ilə dolacaq.





