Ott Tənak Ford-la ilk qələbəsini qazanıb

İsveçin qarlı meşə yollarında Dünya Ralli Çempionatının (WRC) mövsümdə ikinci mərhələsi bu gün 3 dopla başa çatıb.

F-1.az xəbər verir ki, qələbəyə əsas namizəd olan Ford komandasının sürücüsü Ott Tənak ilk dopda əsas rəqibi Hyundai komandasından Kreyq Brindən 4 saniyə üstün olmaqla mərhələnin taleyini həll edib. İkinci dopda Brin rəqibini eyni zamanla məğlub etsə də, estoniyalı sürücü son dopda daha stabil olub.

Beləliklə, 2019-cu ilin çempionu Ford-la ilk qələbəsini qazanıb – amerikalılar sonuncu dəfə düz bir il əvvəl Monte Karlosa Sebastyen Löblə qələbəyə sevinmişdilər.

İlk qələbəsinə yaxın olan Brin isə karyerasında 6-cı dəfə ikinci yerlə kifayətlənib – irlandiyalı sürücü yekun protokollarda rəqibinə 19 saniyə uduzub.

Üçüncü yer uğrunda mübarizədə gərgin olub – ilk dopu Toyota-dan Kalle Rovanpera qazansa da, ikinci dopda Hyundai-dən Tyerri Növill fərqlənib. Son bonuslu dopda isə göslənilmədən Hyundai-dən Esapekka Lappi birinci olub.

Yekunda Növill keçənilki İsveç rallisinin qalibi Rovanperanı 5 saniyə qabaqlayaraq, Hyundai-yə podium dublu qazandırıb.

Sonuncu dünya çempionu Kalle isə bu dəfə yalnız 4-cü olub və komanda yoldaşı Elfin Evansı qabaqlayıb.

Ford-dan Pyer Lui Lube 6-cı, Lappi isə 7-ci yeri tutublar.

İki mərhələdən sonra çempionatda Tənak liderliyi ələ alıb – estoniyalı sürücünün arxivində 41 xal var. Rovanpera 38 xalla ikinci, Növill isə 32 xalla üçüncüdür.

İstehsalçıların yarışında Toyota 80 xalla birincidir, Hyundai 66, Ford isə 51 xal toplayıb.

Mövsümün üçüncü yarışı martın ortalarında Meksikada baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*