Ott Tənak hələlik Toyota armadasına meydan oxuyur

Dünya Ralli Çempionatında (WRC) mövsümün 8-ci mərhələsi - əfsanəvi Finlandiya Rallisi başlayıb. Cümə günü sürücülər 8 dopda mübarizə aparıblar.

Əslində 9 dop nəzərdə tutulsa da, həddən çox azarkeş toplaşdığı üçün doplardan biri təxirə salınıb.

Əsas mübarizə isə Hyundai-ın estoniyalı sürücüsü Ott Tənakla Toyota komandasının sürücüləri arasında gedib. 2019-cu ilin dünya çempionu ilk 3 dopda qələbə qazansa da, onu sıx təqib edən yerli sürücü Esapekka Lappidən uzaqlaşa bilməyib. Günün sonunda isə Toyota sürücüsü 3 dopda birinci olmaqla fərqi 3.8 saniyəyə endirib.

İlk üçlüyü isə Toyota-dan Elfin Evans tamamlayıb. Yerli azarkeşlərin kumiri və mövsümün lideri Kalle Rovanpera liderə 20 saniyə uduzmaqla günü 4-cü yerdə bağlayıb.

Şənbə günü mübarizə 8 dopda davam edəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*