21 Sentyabr 2019, Şənbə - 11:33

Nəzəriyyə və fərziyyələr…

Nəzəriyyə və fərziyyələr…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:13 - 11 May, 2009

Dünya çempionatının “ikinci startı” özlüyündə dəyişikliklər potensialı daşıyırdı. Bəlkə də azarkeşlərin və başdan dırnağa kimi yenilənmiş bəzi komandaların ümid etdikləri […]

Dünya çempionatının “ikinci startı” özlüyündə dəyişikliklər potensialı daşıyırdı. Bəlkə də azarkeşlərin və başdan dırnağa kimi yenilənmiş bəzi komandaların ümid etdikləri kimi güclü olmasa da, amma İspaniya Qran Prisinin Brawn-un qələbə seriyasına son qoymaq şansı heç olmasa var idi. Məsələn, elə Red Bull pilotlarının əli ilə. Amma bu gün hər şey bir ay əvvəl Melburnda başlayan kimi qurtardı – Ross Braunun rəhbərlik etdiyi komandanın dublu ilə…

Etiraf edim ki, radio danışıqlardan məlum olanda ki, Censon Batton və Rubens Barrikello müxtəlif pit-stoplu strategiya ilə yarışı davam etdirirlər, birinci ağlıma gələn komandanın çirkin oyunu və müəyyən sürücünü birinci etmək istəyi olmadı. Komanda öz gücünə o dərəcədə əmindir ki, bütün peletonu ələ salmaq qərarına gəlib və hamıya sübut etmək istəyir ki, trasda nə istəsə edə bilər, amma son nəticədə dublunu itirməyəcək. Amma digər tərəfdən, komanda daxili mübarizəyə baxmaq yaxşıdır, lap şəsxi olmasın, strateji olsun. Bəli, belə də oldu – mən inanmıram ki, Ross komanda taktikasına əl atdı. Məsələ ondadır ki, Rubensin üç pit-stopu uğurlu alına bilərdi.

Ondan başlayaq ki, hər iki sürücü üçün əvvəldən üç pit-stoplu strategiya seçilmişdi. Bəziləri elə düşünəcək ki, tras və ilk cərgədən start alan komanda üçün bir qədər qəribə stratgeiyadır. Amma unutmayaq ki, startı bildirən qırmızı işıqların sönməsinə kimi Brawn sürücüləri, iki həftə əvvəl Həmiltonun, bu dəfə isə Massanın strategiyasını məhv etdiyi Fettellə virtual mübarizə aparırdılar. Potensial olaraq alman sürücü bir qədər yavaş olsa da, ilk pit-stopa kimi trasda bir neçə dövrə artıq qalmalı idi və onun namizədliyi lider roluna daha müvafiq idi. Ona görə də bu sarıdan Braunun komandasına heç bir iddia ola bilməz.

Növbəti mərhələ – Censonu standart iki pit-stoplu strategiyaya qaytarmaqdır. Araşdırmaq istəyirsiniz? Məncə, bunu etmək çox çətin olacaq. Rossun dediyi kimi, bu mərhələdə Censon üçün əsas təhlükə Niko Rosberq idi. Təsəvvür edirsiniz – yeddinci yerdə gedən sürücü yarışın qalibinin taleyini həll edə bilərdi. Əslində hər şey çox sadədir – Rubens qabaqda irəliləyərkən, ondan cəmi 2 saniyə geri qalan komanda yoldaşı pit-stopda bir qədər də ləngisə idi Nikonun arxasında trasa qayıda bilərdi və onun quyruğunda altı dövrə sürünməklə yarışın uğurlu finişinə xətt çəkə bilərdi…

İndi isə qayıdaq Rubensə və sübut edək ki, onun aqresiv strategiyası uğurlu alına bilərdi. Düzünü desəm, braziliyalı sürücünün pit-stoplar arasındakı dövrələrinin sayı bir qədər qəribə idi. Birinci pit-stopa kimi o 19 dövrə qət etdi, ikinci pit-stopa isə 12 dövrədən sonra getdi, daha 19 dövrədən sonra braziliyalı sürücü sonuncu pits-stopunu reallaşdırdı – yəni sonuncu 16 dövrəni o bərk təkərlərlə keçməli oldu. Düzdür, birinci pit-stop zamanı Rosberqin arxasına düşmək təhlükəsi Rubens üçün də olduğu onun bir qədər az yanacaqla doldurulmasını izah edə bilər. Amma daha yüngül maşında Rubens nə Censondan kifayət qədər aralana bildi, nə də Massa-Fettel cütlüyünü qabaqlaya bildi. Bir də baxın – Rubensin qələbə qazanması üçün cəmi 7 saniyəsi çatmadı, yəni 51-ci dövrədə sonuncu pitdən çıxanda Censonla onu cəmi 7 saniyə ayırırdı. Altı saniyəni o məhz üçüncü hissədə itirmişdi, amma ona görə yox ki, kimsə onu ləngidirdi, o özü Fetteldən kifayət qədər geri qalırdı. Finişdən sonra Rubens pis təkər dəstindən gileyləndi, bəlkə də maşında nəsə problemlər başlamışdı – amma onun dövrədəki göstəriciləri qeyri-stabil idi. Əgər o həmin altı saniyəni geri düşməsəydi, onun qələbə qazanmaq şansı olardı.

Axı üç pit-stoplu strategiyanın üstünlüyü nədədir? Bu gün əsas üstünlük ondadır ki, bu strategiyada bərk təkərlərlə ən az məsafə qət etmək mümkündür. Barselona trasına uyğun gəlməyən bu təkərlər yumşaq təkərlərdən bir dövrədə iki saniyə geri qalırdı. Əgər Rubensin üçüncü yumşaq təkər dəsti normal olsaydı, bərk təkərlərə nə qədər gec keçsəydi, qələbə qazanmaq şasnı bir o qədər çox olardı. Düşünürsünüz ki, yanacaq çatmazdı? Amma braziliyalı sürücü finişdən sonra özü etiraf etdi ki, o planda nəzərdə tutulduğundan iki dövrə tez pitə yollanıb – buna səbəb isə dövrəvi pilotların arxasında vaxt itirməsi olub.

Beləliklə, mənim fikrimcə, komandanın hərəkətlərində heç bir kriminal yoxdur. Ross Braun hələ yarışdan əvvəl söyləmişdi ki, Rubensin nəsə bəxti gətirmir. Əlbəttə, hər yarışdan sonra bunun təsadüf nəticəsində baş verməsini sübut etmək çətin olacaq. Bütün bunlar yavaş-yavaş əsil komanda taktikasına çevrilə bilər, amma bu barədə düşünmək hələ tezdir. Çünki bir yarışda Censonun kənar qalması kifayətdir ki, Rubens yenidən oyuna daxil olsun…

Əgər bu gün trasda mübarizə əsasən strategiya cəhətdən gedirdisə, gəlin digər komandaların strategiyalarına baxaq. Məsələn, Red Bull – rəqibdən çox trasdan qalmağın klassik növü, özü də bir deyil, birdən birə iki rəqibin. Əlbəttə, söhbət Mark Uebberdən gedir. Avstriya komandası Felipe Massa ilə iki cəbhədə vuruşurdu və heç olmasa onların birində real qələbə qazandı. Avstraliyalı sürücü finişdən sonra etiraf etdi ki, onlar qəsdən ikinci hissəni uzatdılar ki, təkərlərin sürətləri arasındakı fərqdən yararlansınlar. Trasda artıq qaldığı yeddi dövrə ərzində Mark asanlıqla geri qaldığı 10 saniyəni uddu, hətta trasa qayıdanda ayrılmaz cütlüyü 5 saniyə də qabaqladı. Bax, Barrikello da belə eləməli idi. Düzdür, o sonuncu pitə Markla sinxron girdi, amma taktikalar əvvəldən fərqli idi.

Bəlkə də siz təəccüblənəcəksiniz, amma mən bu gün Ferrari-ni dəstəkləyəcəm. Massanın və Rəykkönenin startları aydındır, amma əsas başqa məsələdir. Komanda bu gün uğurlu strategiya seçmişdi, axı əvvəldən məlum idi ki, Felipe Sebastyandan sonra pitə girməlidir, amma o bunu etsəydi bəlkə də daha sürətli alman sürücünün arxasında trasa qayıda bilərdi. Sinxron pit-stop Skuderiyanın yeganə şansı idi və komanda hər iki halda ondan istifadə etdi. Ferrari-nin tempi də pis deyildi – bu gün komanda yalnız Brawn və Red Bull-dan geri qalırdı. Qırmızıların digər məcarələrinə gəlincə isə, onları qiymətləndirməyə mədəni söz tapa bilmədim…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 306
Teqlər
Paylaş

logo