N.Rosberq Mercedes-in səfiri olacaq?

Yayılan şayiələrə əsasən, Niko Rosberq bu ildən Mercedes markasının səfiri ola bilər.

F-1.az xatırladır ki, Rosberq Dünya Çempionu olduqdan 5 gün sonra təqaüdə çıxdığını açıqlamış və hamını təəccübləndirmişdi. Amma almaniyalı verdiyi açıqlamalarda bildirmişdi ki, idmanın içində qalmaq istəyir.

Lakin 31 yaşlı sabiq sürücü sonuncu dəfə Ferrari LaFerrari markalı avtomobildə görüntülənmişdi və bundan sonra Mercedes markasından ayrılacağı ilə bağlı şayiələr artmışdı.

Amma Rosberq son müsahibəsində bunları deyib: “Bəli. Şəkildəki mənəm. Amma avtomobil dostumundur. Həmin an yanacaq alırdı və pulunu ödəyirdi. Buna görə də görünmürdü”.

Sport Bild isə Rosberqin 2017-ci ildə Mercedes markasının səfirlərindən biri olacağını yazıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*