N.Rosberq: “Bilirdim ki, Red Bull-un strategiyası işləməyəcək”

Niko Rosberq bildirib ki, Maks Ferstappenin təkər strategiyasının işləməyəcəyini anlayıb və buna görə də sevinib.

F-1.az xatırladır ki, Rosberq yarışa restart verildikdən sonra Maks Ferstappenin hücumlarına tab gətirə bilməmiş və üçüncü yerə düşmüşdü. Amma Red Bull komandası yarışı qazanmaq üçün qumar oynamış və Ferstappeni pitə çağıraraq ona keçid təkərlərini taxmışdılar. Amma yağış gücləndiyi üçün hollandiyalı yenidən pitə girərək, yağış təkərlərinə keçmişdi.

Niko Rosberq: “Yarışı qazanmaq üçün trasa çıxmışdım. Yarışın əvvəlində öz-özümə – “onu keçmək üçün nə edə bilərəm?” – deyirdim. Amma realist olmalıyam. Bizimlə eyni tempdə idi və yerimi geri almaq çox çətin idi. Amma sonradan pitə girəndə çox sevindim. Onda başa düşdüm ki, yarışı qazanmaq üçün qumar oynayırlar. Amma bunun doğru olduğunu düşünmürdüm. Bu təəccüblü idi, çünki bir neçə dəqiqədən sonra yağışın güclənəcəyi deyilmişdi.

Bəlkə bir neçə dövrə işləyərdi, amma yağış çoxalacaqdı və strategiya işləməyəcəkdi. Elə də oldu. O anda rahatlandım. Əmin idim ki, keçid təkərləri işləməyəcək. Belə havalarda yağış təkərindən keçid təkərlərinə keçmək doğru olmaz”.

Rosberq bildirib ki, yağış təkərlərini inkişaf etdirmək lazımdır: “Yağış güclənəndə və trasdakı su səviyyəsi artanda yağış təkərləri barədə proqnoz vermək olmur. Nə olacağını bilmədən gedirsiniz və bu çox çətindir. Amma bunu bilirlər və vəziyyəti yaxşılaşdırmaq üçün test edirlər. Əgər bu problemi həll etsək, belə havalarda daha yaxşı yarışlar keçirə bilərik və qırmızı bayraqlar çıxmaz”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*