N.Hülkenberq də Portuqaliyadadır

Niko Hülkenberq bu həftəsonu Portuqaliyada yarışmaq üçün fürsət gözləyəcək.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən yarış Almaniyada koronavirusa yoluxmuş Ləns Strollu əvəzləmiş və 20-ci yerdə başladığı yarışı 8-ci yerdə bitirmişdi.

Lakin gənc Strollun növbəti koronavirus testləri neqativ çıxıb və bu həftəsonu Portuqaliyada yenidən qayıtması gözlənilir. Lakin Racing Point hər ehtimala qarşı Niko Hülkenberqi də Portuqaliyaya aparıb.

Komandanın rəhbəri Otmar Safnauer bu barədə danışıb: “Niko buradadır. Digər komandalar da ilk dəfə ehtiyat sürücülərini buraya gətiriblər. Bu, məntiqli addımdır.

Lənsin son koronavirus testi neqativ çıxdı. Hazırda pozitiv çıxma ehtimalı aşağıdır. Bəs ehtimal sıfırdır? Bunu bilmirəm, amma aşağıdır. Niko hər ehtimala qarşı burada olacaq. Lakin əminəm ki, Ləns yarışacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*