19 Sentyabr 2019, Cümə axşamı - 14:59

M.Uitmarş: “Biz mübarizədən imtina etmirik”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:46 - 15 İyun, 2009

İstanbul uik-endi McLaren üçün eynilə Toyota və BMW Sauber komandaları üçün Monako uik-endi kimi uğursuz alınıb. Son yarışlarda elə görünürdü […]

İstanbul uik-endi McLaren üçün eynilə Toyota və BMW Sauber komandaları üçün Monako uik-endi kimi uğursuz alınıb. Son yarışlarda elə görünürdü ki, komanda inkişaf edir, liderdən geriqalmanı tədricən azaldır, amma İstanbul trasının sürətli sahələrində maşın hətta Force İndia-ya da sürətdə uduzub. Bu il testlərə qoyulan qadağaya görə trasların xarakteristikaları əvvəlki illərlə müqayisədə daha vacib faktora çevrilib. Biz hələ çox sürprizin şahidi olacayıq, amma reqlamentin kəskin dəyişməsi adət etdiyimiz favoritləri mübarizədən kənar qoyub – Brawn GP maşınalrının üstünlüyü elə böyükdür ki, bir çox komandalar tezliklə gələn mövsümün maşını üzərində işləməyə başlayacaqlar. McLaren hələlik buna etiraz edir və hazırkı maşının üzərində işini davam etdirir…

Martin Uitmarş: “Biz və Ferrari hələ də son illərdə gərgin mübarizə ilə bağlı çətinlikləri yaşamaqdayıq, amma biz yarış komandasıyıq və maşını yaxşılaşdırmaq və qələbə uğrunda mübarizə aparmaq üçün biz hər şey edəcəyik. Biz mübarizədən imtina edə bilmərik, o bizim damarlardadır, amma realist olmalıyıq. Biz hazırkı maşından maksimum məlumat toplamalıyıq ki, gələn il qələbə uğrunda mübarizə apara bilək.

Biz bilirdik ki, İstanbul uik-endi çox çətin olacaq. Sıralanma turunda yaxşı nəticə göstərə bilməyəndə, yarışdan yaxşı nəticə gösləmək mümkün deyil – Rubensə baxın, hətta rəqabətədavamlı maşının sükanı arxasında mübarizə aparmaq çətin idi. Bizim sürücülər yarışı əla keçirdilər, amma belə vəziyyətdə möcüzə gözləmək lazım deyil.

Silverstoun? Orda da asan olmayacq, amam biz mübarizə aparacayıq və mümkün hər bir şeyi edəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 263
Teqlər
Paylaş

logo