09 Dekabr 2018, Bazar - 23:34

K.Rəykkönen: “Bəxtim gətirdi”

K.Rəykkönen: “Bəxtim gətirdi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 29 Aprel, 2018

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, yarışda bəxti gətirib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışın startında Okonla təmas edib və pitə gələrək 14-cü yerə geriləyib. Amma 2007-ci ilin Dünya Çempionu təslim olmayaraq, yarışı ikinci yerdə bitirə bilib.

Kimi Rəykkönen: “Əslində döngəyə gələndə daxili trayektoriyada idim. Deyəsən, Okon məni görmədi. Bəzən bu çətin olur. Birdən üstümə sürdü. Mənim üçün ideal start deyildi. Daha sonra bəxtim gətirdi və geridönüş etməyə çalışdım. Soft təkərlərlə arxa cərgələrdən yüksəlmək asan deyildi. Bəzən boliddə özümü yaxşı hiss edirdim. Amma təkərlər fərqli zamanlarda çətinlik yaradırdılar. Çətinliklərə baxmayaq, trasda qaldıq və sürməyə davam etdim. Sözün açığı, bu nəticə ilk dövrədən sonra mənim üçün gözlənilməz idi. Buna baxmayaraq, yarışı yaxşı yerdə bitirdim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 157
Teqlər , , , , ,
Paylaş

logo