M.Uebber: “Tezliklə bütün suallara cavab alacayıq”

Yeni mövsümün startı ərəfəsində Red Bull sürücüləri qələbəyə əsas namizəd hesab olunurlar – komanda keçən il hər iki titulu qazanıb, […]

Yeni mövsümün startı ərəfəsində Red Bull sürücüləri qələbəyə əsas namizəd hesab olunurlar – komanda keçən il hər iki titulu qazanıb, mövsümöncəsi testləri isə əla keçirib…

Mark Uebber: “Bir avstraliyalı kimi mən Melburnda mövsümün ilk yarışını xüsusi həyəcanla gözləyirəm. Testlərdə biz böyük iş görmüşük, indi isə maşınları Albert Parkda yoxlayacayıq və bir çox suallara cavab alacayıq.

Tərəddüd etmirəm ki, bizi hadisələrlə zəngin uik-end gözləyir, elə hava da sürpriz ola bilər. Biz təkərlərin işini də öyrənəcəyik – qarşıdakı mövsümdə təkərlər həlledici rol oynayacaq. 2002-ci ildə Avstraliya Qran Prisində debütdən sonra mənim bu trasda elə də bəxtim gətirməyib, amma mən ümid edirəm ki, bu dəfə pis ənənəni pozacam.

Mən yaxşı nəticəyə ümid edirəm və hər şey bizim güclü olmağımızdan xəbər verir.Son illər ərzində birinci dəfə biz qışda ən güclü təəssürat yaratmışıq və biz bu uğururmuzu birinci Qran Pridə davam etdirmək istəyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*